Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir
14 Fevral 2026 15:58   Paylaş

İran və ABŞ arasında aparılan danışıqların İstanbulda deyil, Omanda keçirilməsi Türkiyəni narahat etmir.

"Stabil.az" xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran açıqlayıb.

O bildirib ki, əsas məsələ Türkiyənin bu prosesdə nə qədər aktiv rol oynaya bilməsidir. Həm İran, həm də digər tərəflərlə aparılan təmaslar baxımından bu amil vacibdir.

“Danışıqlar başqa ölkələrdə keçirilə bilər, lakin diplomatik yollarla görüşlərin baş tutmasını dəstəkləyirik. Əsas məsələ bizim bu prosesdə nə qədər fəal iştirak etməyimizdir. Türkiyə yalnız ABŞ-İran münasibətlərində deyil, ümumilikdə regional balans və maraqlar çərçivəsində də aktiv mövqe tutur”, – deyə Burhanəddin Duran vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol