Andrey Sibiqa: Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır
6 Avqust 2026 12:43   06 Aug 2026 16:11 Paylaş

Azərbaycan inkişaf edən və regionda mühüm rol oynayan güclü dövlətdir. Müharibənin dayandırılması istiqamətində Azərbaycanın iştirakı və mövqeyi xüsusi əhəmiyyət daşıyır.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Azərbaycanın və Ukraynanın həm də strateji tərəfdaşlar olduğunu deyən nazir qeyd edib: “Azərbaycan biznesi Ukraynada daim fəal olub və biz bu fəaliyyətin daha da genişləndirilməsini arzu edirik. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq. Ümumiyyətlə, Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa, o cümlədən Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Biz bunun üzərində fəal şəkildə işləyirik və əminəm ki, əhəmiyyətli nəticələr əldə edəcəyik”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol