ANAMA və Niderland səfirliyi arasında minatəmizləmə müzakirələri aparılıb
12 May 2026 17:53   Paylaş

Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə ANAMA sədri və Niderland səfiri arasında keçirilən görüşdə mina təhlükəsinin aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

"Stabil.az" bu barədə ANAMA-ya istinadən məlumat verib.

Görüş zamanı ölkəmizdə mövcüd mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar, Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.

Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol