ANAMA: Ötən ay 1738 hektardan çox ərazi minalardan təmizlənib
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən yanvar ayı ərzində icra olunan əməliyyatlara dair məlumat açıqlanıb.
"Stabil.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, eləcə də Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində mina və partlamamış hərbi sursatlar aşkarlanıb.
Məlumata əsasən, qeyd olunan ərazilərdə 337 piyada əleyhinə mina, 37 tank əleyhinə mina və 1364 ədəd Partlamamış Hərbi Sursat (PHS) müəyyən edilib.
Bildirilib ki, ümumilikdə 1738,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





