ANAMA: İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir
9 Fevral 2026 15:35   Paylaş

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları çərçivəsində daha 105 piyada əleyhinə mina, 8 tank əleyhinə mina və 223 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

"Stabil.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 97 piyada əleyhinə mina, 8 tank əleyhinə mina, 223 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 669,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol