ANAMA: Bir həftədə 44 mina və 259 PHS aşkarlanıb, 2 333,3 hektar ərazi təhlükəli vasitələrdən təmizlənib
6 İyul 2026 15:59   Paylaş

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (29.06.2026-05.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

"Stabil.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 23 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 259 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 2 333, 3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



    Stabil.Az 

    Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol