ANAMA: 91 mina və 440 digər partlayıcı sursat zərərsizləşdirilib
12 May 2026 14:25   Paylaş

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.

"Stabil.az" ANAMA-ya istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyadaəleyhinə 71, tankəleyhinə 20 mina və 440 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd olunan müddətdə 2 min 129 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol