Anaklaudia Rossbax: Mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı koordinasiyalı şəkildə həyata keçirilməlidir
21 May 2026 14:14   Paylaş

Mənzil urbanizasiyanın əsas hərəkətverici qüvvələrindən biridir. Buna görə də, mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı birgə və koordinasiyalı şəkildə həyata keçirilməlidir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, bu yanaşma həm şəhərlərin daha dayanıqlı inkişafına, həm də insanların əsas xidmətlərə çıxışının yaxşılaşdırılmasına imkan verə bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol