“Anadolu Ankası – 2026” beynəlxalq təlimi başa çatıb
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.
"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.
<img src='https://stabil.az/photos/2026/04/17764-1776431312.jpg' class='responsive-img img-responsive'/>
<img src='https://stabil.az/photos/2026/04/17764-1776431330.jpg' class='responsive-img img-responsive'/>
<img src='https://stabil.az/photos/2026/04/17764-1776431356.jpg' class='responsive-img img-responsive'/>
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





