Amsterdamın Büytenveldert rayonunda yəhudi məktəbində partlayış olub
Martın 14-nə keçən gecə Amsterdamın Büytenveldert rayonundakı yəhudi məktəbində partlayış qeydə alınıb.
"Stabil.az" xəbər verir ki, bu barədə NOS nəşri məlumat yayıb.
Polis və yanğınsöndürənlər operativ şəkildə hadisə yerinə gəliblər, partlayış nəticəsində əmlaka məhdud dərəcəli ziyan dəyib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.
Bildirilir ki, Lyej və bu yaxınlarda Rotterdamdakı yəhudi qurumlarında baş vermiş insidentlərlə əlaqədar təhlükəsizlik tədbirləri daha da gücləndirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





