“Amazon”dan “Anthropic” startapına milyardlıq investisiya
Şirkət “Claude” süni intellekt köməkçisini inkişaf etdirən “Anthropic” startapına əlavə olaraq 25 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, “Amazon” müəyyən kommersiya məqsədlərindən asılı olaraq startapa əvvəlcə 5 milyard dollar, gələcəkdə isə 20 milyard dollaradək sərmayə yatırmağı planlaşdırır. Şirkət bundan öncə də “Anthropic”ə 8 milyard dollar investisiya qoymuşdu.
İnternet nəhəngi bu il ümumilikdə 200 milyard dollarlıq kapital xərcləri planlaşdırdığını və investisiyanın əsas hissəsinin süni intellekt infrastrukturuna yönəldiləcəyini açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





