Alüminium ixracında artım: Azərbaycanın gəlirləri yüksəlib
27 Aprel 2026 22:32   Paylaş

Yanvar-mart aylarında 19 min 446 ton məhsul ixrac edilib və 63 milyon 823 min ABŞ dolları gəlir əldə olunub.

"Stabil.az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən illə müqayisədə ixrac edilən məhsulların həcmi 1 336 ton (7,5 %), dəyəri isə 10 milyon 808 min ABŞ dolları (20,3 %) artıb.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 7,4 %, ölkənin ümumi ixracında payı isə 1,2 % olub.

3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol