Almaniyada yerləşən ABŞ bazalarının icarə şərtləri dəyişə bilər
Almaniya ABŞ-ın tətbiq etdiyi tariflərə cavab olaraq ölkə ərazisində yerləşən Amerika hərbi bazalarından istifadəyə görə icarə haqqını əhəmiyyətli dərəcədə artırmaq imkanını nəzərdən keçirir.
"Stabil.az" xəbər verir ki, Britaniyanın “The Times” qəzeti bu barədə Berlindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata əsasən, Almaniyada yerləşən ABŞ hərbi bazalarının bağlanması hazırda müzakirə edilmir.
ABŞ Prezidenti Donald Tramp yanvarın 17-də bildirib ki, Birləşmiş Krallıq, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç üçün 10 faiz tarif tətbiq olunacaq, iyunun 1-dən etibarən isə bu göstərici 25 faizə yüksəldiləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





