Almaniyada təyyarə qəzası; 3 nəfər həlak olub
Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
"Stabil.az" "Welt"ə istinadən xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb.
Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.
Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




