Almaniyada ictimai nəqliyyatda tətillər səbəbindən ciddi fasilələr yaranıb
Almaniyada ictimai nəqliyyat bir neçə federal əyalətdə nəqliyyat şirkətləri işçilərinin tətilləri səbəbindən iflic olub.
“Stabil.az” xəbər verir ki, məlumatı “Tagesschau” telekanalı Almaniyanın xidmət işçilərinin birləşmiş həmkarlar ittifaqı “Verdi”-yə istinadən yayıb.
Nəqliyyat şirkətlərinin işçiləri iş həftəsinin qısaldılmasını, istirahət dövrlərinin uzadılmasını və gecə vaxtı ilə istirahət günlərində görülən işlərə görə ödənişlərin artırılmasını tələb edirlər.
Bildirilib ki, azı 16 federal əyalətdə avtobuslar və tramvaylar tətil səbəbindən məhdud qrafiklə işləyəcək. Həmçinin, hava şəraiti də nəqliyyatın işindəki fasilələri daha da ağırlaşdırır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





