Almaniyada helikopter qəzaya uğrayıb, pilot həyatını itirib
Almaniyada Noydorf və Berenştayn arasındakı meşədə helikopter qəzası baş verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb.
Bildirilib ki, qəzadan sonra yanğın başlayıb və helikopter tamamilə yanıb.
Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə heyəti cəlb edilib, çünki hadisə Erzgebirge silsiləsinin (Filiz dağları - red.) tərkibinə daxil olan 887 metr hündürlüyündəki dağın yaxınlığında baş verib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





