Almaniyada əmlak bazarında qiymət artımı qeydə alınıb
25 Mart 2026 17:45   Paylaş

Ölkədə daşınmaz əmlak 2025-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz bahalaşıb. Ümumilikdə isə 2025-ci ildə daşınmaz əmlak əvvəlki illə müqayisədə 3,2 faiz bahalaşıb və 2022-ci ildən sonra ilk dəfə illik artım göstərib.

"Stabil.az" xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, bahalaşma bütün regionlarda müşahidə edilib. Ən böyük artım seyrək məskunlaşmış kənd rayonlarında qeydə alınıb. Burada mənzillər 5,4 faiz, iri şəhərlərdə isə 4,8 faiz bahalaşıb. Almaniyanın yeddi ən böyük şəhərində - Berlin, Hamburq, Münxen, Köln, Frankfurt, Ştutqart və Düsseldorfda qiymətlər 2,1 faiz artıb.

Fərdi evlər də bahalaşıb. Bu kateqoriyada qiymətlər kənd rayonlarında 3,2 faiz, iri şəhərlərdə 3,1 faiz, metropollarda isə 1,5 faiz artıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol