Almaniyada anomal istilər 26 nəfərin həyatına son qoyub
29 İyun 2026 15:52   Paylaş

Almaniyada anomal istilərdən qorunmaq istəyən 26 nəfər suda boğularaq həyatını itirib.

"Stabil.az" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya Xilasedicilər Assosiasiyası (DLRG) bildirib.

Ekstremal yüksək temperaturlar fonunda minlərlə sakin sərinləmək üçün göllərə, çaylara və açıq hovuzlara üz tutub. Lakin suda istirahət faciəvi hadisələrlə nəticələnib.

DLRG-nin məlumatına görə, iyunun 26-28-də ölkədə 26 nəfər boğulub.

Bununla yanaşı, təkcə iyunun 25-i suda ən azı 7 ölüm halı qeydə alınıb.

Bundan əlavə, müxtəlif su hövzələrində çimən azı 8 nəfər reanimasiyaya çatdırılıb.

Qeyd olunur ki, faciələrin əksəriyyəti çimmək üçün təchiz olunmamış su hövzələrində - çaylarda və karyer göllərində baş verib. Belə yerlər dərinliyin qəfil dəyişməsi, soyuq sualtı axınlar və dibin mürəkkəb relyefi səbəbindən daha təhlükəli hesab olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol