Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
28 May 2026 13:16   28 May 2026 14:23 Paylaş

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqnerin Almaniya XİN adından paylaşdığı məlumatda bildirilib.

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Almaniya Azərbaycan ilə konstruktiv tərəfdaşlığa yüksək qiymət verir və ikitərəfli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə, eləcə də regionda sülhün və rifahın təşviqinə yönəlmiş səylərini davam etdirmək əzmindədir”, - deyə məlumatda bildirilir.

<img src='https://stabil.az/photos/2026/05/2-1779963866.jpg' class='responsive-img img-responsive'/>



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol