Almaniya vətəndaşlarının İrandan təxliyəsində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib
9 Mart 2026 15:19   10 Mar 2026 01:02 Paylaş

Martın 9-da Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Stabil.az" XİN-nə istinadən xəbər verir ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

Almaniyalı nazir İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Yohan David Vadeful ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol