Almaniya “Tomahawk” raketləri üçün Vaşinqtonla razılaşıb
Almaniya ABŞ-dən “Tomahawk” qanadlı raketlərinin alınması ilə bağlı razılıq əldə edib.
"Stabil.az" xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Bundestaqdakı çıxışında məlumat verib.
Kansler Ankarada keçirilən NATO Sammiti çərçivəsində “Tomahawk” raketlərinin alınaraq Almaniyada yerləşdirilməsi barədə ABŞ hökuməti ilə razılığın əldə olunduğunu bildirib.
“Bununla da ölkəmizin müdafiə qabiliyyətində mövcud olan mühüm strateji boşluğu aradan qaldırırıq. Eyni zamanda, Avropanın müdafiə potensialının gücləndirilməsi məqsədilə analoji yerli raket sistemlərinin hazırlanması və onların Avropa ərazisində yerləşdirilməsi istiqamətində də işləri davam etdirəcəyik”, - deyə Fridrix Mert qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





