Almaniya millisi Yulian Naqelsmanla yollarını ayırıb
3 İyul 2026 16:35   Paylaş

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib.

"Stabil.az" xəbər verir ki, baş məşqçi Yulian Naqelsman istefaya göndərilib.

Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol