Almaniya kansleri fevralın 4-də Körfəz ölkələrinə səfər edəcək
Almaniyanın Federal Kansleri Fridrix Merts fevralın 4-də Körfəz regionuna səfər edəcək.
"Stabil.az" xarici mətbuata istinadən xəbər verir ki, hökumət sözçüsünün məlumatında fevralın 6-dək davam edəcək səfərin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcəyi bildirilib.
Almaniya hökumətinin rəhbəri səfərə Səudiyyə Ərəbistanından başlayacaq. Fevralın 5-6-da isə Qətərdə və Birləşmiş Ərəb Əmirliklərində görüşlər planlaşdırılır.
Səfərin məqsədi Körfəz regionunda tərəfdaşlıqların möhkəmləndirilməsi və daha da dərinləşdirilməsidir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




