Ali Məhkəməyə yeni hakimlərin təyinatı gözlənilir
22 May 2026 14:10   22 May 2026 15:20 Paylaş

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunacağı açıqlanıb.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilməsi nəzərdə tutulur.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol