Ali Məhkəmədə Şərqi Afrika Ədalət Məhkəməsinin nümayəndələri ilə görüş keçirilib
16 Mart 2026 15:48   Paylaş

XII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan və Nestor Kayoberanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 16-da Azərbaycan Respublikasının Ali Məhkəməsində görüşdə iştirak edib.

"Stabil.az"  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan ilə Şərqi Afrika regionu arasında hüquqi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüş zamanı ölkəmizdə məhkəmə-hüquq sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, məhkəmə fəaliyyətində innovativ texnologiyaların tətbiqi və hakimlərin seçilməsi prosesində beynəlxalq standartların tətbiqi barədə ətraflı məlumat verilib.

Həmçinin məhkəmə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin təşviqinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nestor Kayobera Azərbaycan məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirdiyini bildirib. Məhkəmələr arasında təcrübə mübadiləsinin və institusional əməkdaşlığın faydalı olacağı vurğulanıb.

Görüş zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol