Alexandro Qarnaço “Çelsi”dən gedə bilər
İngiltərənin “Çelsi” klubu futbolçu Alexandro Qarnaço ilə yollarını ayırmaq niyyətindədir.
"Stabil.az" "talkSPORT"a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 21 yaşlı cinah oyunçusunun performansından razı deyil.
"Zadəganlar" argentinalı futbolçunun 40 milyon avroya alınmasının səhv qərar olduğunu da etiraf edir.
Xatırladaq ki, 2025-ci ildə "Mançester Yunayted"dən heyətə cəlb olunan Alexandro Qarnaçonun müqaviləsinin müddəti 2032-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm meydana çıxdığı 39 matçda 8 qolla yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





