Albaniya və İtaliya Onkologiya İnstitutu yaratmaq üçün əməkdaşlıq edəcək
5 Fevral 2026 16:28   Paylaş

Albaniyanın səhiyyə naziri Evis Sala Milanda İtaliyanın Milli Xərçəng İnstitutunun rəhbərliyi ilə görüşüb və Albaniyada Onkologiya İnstitutunun yaradılması üzrə əməkdaşlıq məsələlərini müzakirə edib.

"Stabil.az" Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, tərəflər institutun Avropa standartlarına uyğun fəaliyyət göstərməsi, onkoloji müalicə, elmi-tədqiqat işləri və kadr potensialının gücləndirilməsi üzrə razılığa gəliblər.

Albaniya və İtaliya onkoloji xidmətlərin müasirləşdirilməsi və yüksək ixtisaslaşmış tibbi yardım sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol