Albaniya hərbçiləri Monteneqronun dağlıq ərazilərində təlimlərə başlayıb
Albaniyanın Quru Qoşunları və Xüsusi Əməliyyatlar Alayının bölmələri Kolasin şəhərindəki xizək mərkəzində intensiv təlimlərə start verib.
"Stabil.az" Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, təlimlər standart limitləri aşaraq, çətin dağlıq ərazilərdə əməliyyat və kəşfiyyat bacarıqlarını artırmağa yönəlib.
Albaniyanın müdafiə naziri Pirro Venqu təlimin peşəkarlığın yüksəldilməsi, fərdi avadanlıqların istifadəsi və düşmən ərazilərində infiltrasiya texnikalarının öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





