Al Hadath: ABŞ və İran danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq
2 İyul 2026 16:29   Paylaş

İran və ABŞ nümayəndə heyətlərinin növbəti dolayı danışıqlar raundu iyulun 18-də keçiriləcək.

"Stabil.az" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalına mənbəyə istinadən məlumat verilib.

Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır.

Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol