AKTA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
4 İyun 2026 15:10   Paylaş

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov və UNEC-in rektoru professor Ədalət Muradov imzalayıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol