Aİ və Hindistan azad ticarət sazişi imzalayıb
27 Yanvar 2026 12:44   Paylaş

Avropa İttifaqı (Aİ) və Hindistan azad ticarət sazişi imzalayıb.

“Stabil.az” xəbər verir ki, məlumatı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında paylaşaraq açıqlayıb.

“Bu gün Avropa və Hindistan tarix yazır. Biz ‘bütün sazişlərin anası’ adlandırıla biləcək bir saziş imzaladıq. İki milyard insanı əhatə edən və hər iki tərəfin faydalanacağı azad ticarət zonası yaratdıq”, – o qeyd edib.

Daha əvvəl Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, bu saziş qlobal ÜDM-in təxminən dörddə birini təşkil edəcək bazarı əhatə edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol