Aİ Ukraynaya 2,8 milyard avroya yaxın maliyyə dəstəyi ayırıb
8 İyun 2026 15:26   Paylaş

Avropa İttifaqı “Ukraine Facility” mexanizmi çərçivəsində Ukraynaya maliyyə sabitliyinin qorunması, islahatların davamı və üzvlük prosesinin dəstəklənməsi məqsədilə təxminən 2,8 milyard avro köçürüb.

"Stabil.az" xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye bildirib.

"Bu gün biz Ukraine Facility çərçivəsində Ukraynaya təqribən 2,8 milyard avro köçürdük. Maliyyələşmə Ukraynaya öz maliyyə ehtiyaclarını ödəməyə və Rusiya təcavüzündən müdafiə olunmağa davam etdiyi müddətdə dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləməyə kömək edəcək", - Mersye deyib.

O qeyd edib ki, bu, "Ukraine Facility" proqramı çərçivəsində artıq yeddinci tranşdır və 2024-cü ilin martından etibarən mexanizm çərçivəsində Ukrayna planı üzrə ayrılmış yardımın ümumi həcmi 29,5 milyard avroya çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol