Aİ Rusiyaya qarşı yeni sanksiya paketini açıqlayıb
17 Avqust 2026 11:40   17 Aug 2026 11:51 Paylaş

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 22-ci sanksiya paketinin hazırlanacağını və bunun 2022-ci ildən bəri ən böyük paket olacağını açıqlayıb.

"Stabil.az"ın "Die Welt"ə istinadən məlumatına görə, yeni paketin qəbul edilməsi Aİ sanksiyalarına məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayını təxminən üçdə bir qədər artıracaq.

K.Kallas bildirib ki, Brüssel bu payız Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlayıb. O, məhdudiyyətlərin Rusiyanın hərbi-sənaye və maliyyə sektorlarına, eləcə də vasitəçilərə təsir edəcəyini bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol