Aİ Qrenlandiya məsələsini müzakirə etmək üçün sammit keçirəcək
19 Yanvar 2026 17:19   Paylaş

Avropa İttifaqı Şurasının növbədənkənar sammiti 22 yanvar tarixində Brüsseldə baş tutacaq.

"Stabil.az" xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” Avropa İttifaqı Şurası Prezidenti Antonio Koştanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sammitin əsas mövzusu Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətlər, xüsusilə Vaşinqtonun Qrenlandiya ilə bağlı planları fonunda yaranan vəziyyət olacaq.

Qeyd olunub ki, toplantıda Aİ-na üzv ölkələrin liderləri şəxsi iştirak edəcəklər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol