Aİ ölkələrində bərpaolunan enerjidən istifadədə artım qeydə alınıb
Avropa İttifaqında ümumi enerji istehlakında bərpaolunan enerji mənbələrinin payı ötən il 25 faizdən çox olub.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Brussels Times” qəzeti “Eurostat”ın məlumatlarına istinadla məlumat yayıb.
Keçən il bu rəqəm əvvəlki illə müqayisədə 25,3 faizə çatıb. Ən yüksək göstəricilər bərpaolunan mənbələrin enerji balansında əsas rol oynadığı İsveç, Finlandiya və Danimarkada qeydə alınıb. Ən aşağı göstəricilər isə Lüksemburq, Belçika və Maltada olub. Bu artım külək və Günəş enerjisindən istifadənin genişlənməsi, həmçinin təmiz enerji texnologiyalarının inkişafı ilə əlaqədardır.
Avropa İttifaqı bərpaolunan mənbələrin payının daha da artmasının enerji təhlükəsizliyini gücləndirəcəyini, istixana qazı tullantılarını azaldacağını və Aİ-nin iqlim məqsədlərinə nail olmağa kömək edəcəyini gözləyir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





