Aİ Misirə daha 1,5 milyard avro makromaliyyə yardımı ayırdı
Avropa Komissiyası 4 milyard avroluq makromaliyyə yardımı proqramı çərçivəsində iyulun 24-də Misirə növbəti 1,5 milyard avro köçürüb.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, vəsaitlərin əldə edilməsi üçün Misir lazımi şərtləri - iqtisadi islahatların aparılması, Beynəlxalq Valyuta Fondu ilə proqramın saxlanılması və demokratik dəyişikliklər sahəsində addımları yerinə yetirib.
Bu, proqram çərçivəsində üç tranşdan ikincisidir. Vəsaitlər güzəştli kreditlər şəklində verilir və Misirin maliyyə ehtiyaclarının bir hissəsinin ödənilməsi, makroiqtisadi sabitliyin qorunması və iqtisadi islahatların davam etdirilməsi üçün nəzərdə tutulub.
Avropa Komissiyasından qeyd edilib ki, yardım həmçinin Yaxın Şərqdə davam edən böhran fonunda ölkənin xarici maliyyəsinə olan təzyiqi zəiflətməyə imkan verəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





