Aİ Ermənistana 2029‑cu ilədək 143 milyon avro maliyyə dəstəyi ayıracaq
26 Mart 2026 16:54   Paylaş

Ermənistan hökuməti martın 26-da Avropa Komissiyası ilə 2026‑2028-ci illəri əhatə edən və İrəvana 143 milyon avro təmin edən “Çoxsahəli büdcə dəstəyi müqaviləsi”ni təsdiqləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Maliyyə paketi iki komponentdən ibarətdir: 90 miloyon avro birbaşa büdcə dəstəyi və Ermənistanın institusional potensialının artırılması üçün 53 milyon avro texniki yardım.

Bu vəsaitlər dövlət maliyyəsinin idarə edilməsinin yaxşılaşdırılmasına, Ermənistan ixracının şaxələndirilməsinə, viza rejiminin liberallaşdırılması ətrafında dialoqa, qanunun aliliyinə, eləcə də məşğulluq və sosial inteqrasiya sahələrinə yönəldiləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol