Ağsuçaydan keçən sel avtomobil yoluna ciddi ziyan vurub
28 Mart 2026 13:47   28 Mar 2026 17:47 Paylaş

Yağışlı hava nəticəsində Ağsuçaydan keçən sel Arat-Curuxlu-Maşadqanlı kənd yolunun bir hissəsini yararsız edib.

"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu barədə məlumat verib.

Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol