Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16 Mart 2026 11:12   Paylaş

Ağdərə rayonundakı təlim mərkəzində 16-19 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik tədbirləri görülməklə məhv olunacaq.

"Stabil.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol