Ağdama növbəti köç karvanı göndərildi
17 Fevral 2026 09:16   Paylaş

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

"Stabil.az" “Report”a istinadən xəbər verir ki, Ağdam şəhərinə köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

Köçün bu mərhələsində Ağdam şəhərinə ümumilikdə 120 ailə – 419 nəfər yerləşdirilib.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər, həmçinin torpaqların işğaldan azad olunmasında mühüm rol oynayan Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərə Allahdan rəhmət diləyiblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol