Ağdama növbəti köç karvanı çatıb: Sakinlərə yeni evlərinin açarları təqdim olundu
26 May 2026 13:43   26 May 2026 13:45 Paylaş

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Mayın 26-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə 110 ailə olmaqla, 417 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

News about -   Ağdama növbəti köç karvanı çatıb: Sakinlərə yeni evlərinin açarları təqdim olundu

News about -   Ağdama növbəti köç karvanı çatıb: Sakinlərə yeni evlərinin açarları təqdim olundu



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol