Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
28 İyul 2026 17:32   Paylaş

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzulinin Qazaxlar, Cəbrayılın Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

"Stabil.az" FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol