Ağ Ev metal məhsullar üzrə tarifləri nəzərdən keçirir
Ağ Ev administrasiyası ABŞ-da polad və alüminium məhsullarına tətbiq olunan rüsumları yumşaltmağı planlaşdırır. Mövcud siyahı nəzərdən keçirilir və bəzi məhsullar, xüsusən metal məmulatlar üzrə tariflərin azaldılması müzakirə olunur.
"Stabil.az" “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın ötən yay polad və alüminium idxalına tətbiq etdiyi rüsumları ikiqat artıran sərəncamına cavab olaraq nəzərdə tutulur. Bəzi vəzifəli şəxslər hesab edir ki, mövcud tariflər qida və içki qablaşdırmalarında qiymətləri yüksəldərək istehlakçılara mənfi təsir göstərir.
Məmurlar həmçinin bildirirlər ki, mövcud tarif rejiminin tətbiqi mürəkkəbdir və sadələşdirilməlidir. Qəzet yazır ki, rüsumların yumşaldılması ABŞ-ın Böyük Britaniya, Meksika, Kanada və Avropa İttifaqı kimi ticarət tərəfdaşlarına da təsir göstərə bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





