AFFA stadion və məşq mərkəzlərinə 4 milyondan çox vəsait ayırıb
3 Aprel 2026 12:26   Paylaş

AFFA-nın balansındakı stadionlar, milli komandaların məşq mərkəzləri və digər idman obyektlərinin saxlanması və bərpası üçün 4 milyondan çox vəsait ayrılıb.

"Stabil.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.

Ümumi məbləğ 4 milyon 254 min 477 manat təşkil edib.

"Dalğa Arena" üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionuna 833 min 788 manat, Binə stadionuna 791 min 181 manat, "ASCO Arena"ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat, Təhsil və reabilitasiya mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol