ADY rəhbəri Gürcüstanlı həmkarı ilə dəmir yolu əməkdaşlığını müzakirə edib
30 Yanvar 2026 16:25   Paylaş

“AZCON Holding”in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Laşa Abaşidze ilə görüş keçirib.

"Stabil.az" ADY-yə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub. Müzakirələrdə yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri diqqət mərkəzində olub.

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə də fikir mübadiləsi aparılıb. Görüşdə “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi barədə yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına imkan yaradacağı vurğulanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol