Abşeronda "Bozdağ-Güzdək" palçıq vulkanında püskürmə baş verib
Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanında püskürmə qeydə alınıb.
"Stabil.az" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib.
Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





