ABŞ Yaxın Şərqə 12 ədəd F-16 qırıcılarından ibarət eskadrilya göndərib
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqə 12 ədəd F-16 qırıcı təyyarəsindən ibarət eskadrilya göndərib.
"Stabil.az" xəbər verir ki, bu barədə “Itamilradar” məlumat yayıb. Bildirilir ki, təyyarələr Almaniyanın “Spangdahlem” aviabazasında bir həftə qaldıqdan sonra ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərqdəki məsuliyyət zonasına göndərilib.
Qırıcıların yerləşdirilməsinin regiondakı planlı rotasiyanın bir hissəsi olub-olmadığı məlum deyil. Hazırda ABŞ-nin Yaxın Şərqdəki bazalarında F-35, F-15E, F-16, F/A-18 və digər təyyarələr daxil olmaqla 200-dən çox qırıcı təyyarənin olduğu bildirilir.
Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin regionda yerləşən iki təyyarədaşıyan gəmisində və bir amfibiya hücum gəmisində 110-dan çox qırıcı təyyarənin olduğu qeyd edilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





