ABŞ Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ “Brent” neftinin qiymət proqnozunu kəskin artırdı
ABŞ Energetika Nazirliyi Yaxın Şərqdəki vəziyyət fonunda 2026-cı ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 57,69 ABŞ dollarından 78,84 ABŞ dollarına (+36,7%) yüksəldib.
"Stabil.az"ın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2026-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 73,61 dollar (öncəki proqnoz – 53,42 dollar, artım – 37,8%) səviyyəsində olacağı ehtimal olunur.
“Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından sonra “Brent” markalı neftin spot qiyməti kəskin artıb. Martın 9-da “Brent” neftinin bir barel üçün qiyməti 94 dollar səviyyəsində qərarlaşıb ki, bu da ilin əvvəlindən təxminən 50% çoxdur və 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Xam neftin qiymətləri Hörmüz boğazından neft daşımalarının azalması və Yaxın Şərqdə bəzi hallarda neft hasilatının dayandırılması fonunda artıb”, - hesabatda qeyd olunur.
Bununla yanaşı, EIA 2027-ci il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 64,47 dollar (öncəki proqnoz – 53 dollar), WTI-nın isə 60,81 dollar (öncəki proqnoz – 49,34 dollar) olacaq.
Qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 69,04 dollar və 65,4 dollar təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





