ABŞ Vitse-prezidenti Vens Şəhidlər xiyabanını ziyarət edib
11 Fevral 2026 10:13   11 Feb 2026 12:11 Paylaş

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens və xanımı Uşa Vens fevralın 11-də Şəhidlər xiyabanını ziyarət ediblər.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Vitse-prezident Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol