ABŞ və Pakistan arasında İranla bağlı müzakirə aparılıb
ABŞ Prezidenti Donald Tramp Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə telefon danışığında İran limanlarına tətbiq olunan blokadanın dayandırılması ilə bağlı tövsiyəni nəzərə alacağını bildirib. Bu addımın müharibənin dayandırılması üzrə danışıqlara təsir göstərə biləcəyi qeyd olunub.
"Stabil.az" “əl-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bunu Pakistanın təhlükəsizlik üzrə adının çəkilməsini istəməyən rəsmisi bu gün bildirib.
Qeyd olunur ki, Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəs rejiminin pozulması ilə bağlı narahatlıqlar artmaqdadır. Belə ki, ABŞ İran limanlarına tətbiq olunan blokadanı yarmağa cəhd göstərən yük gəmisini saxladığını açıqlayıb. Rəsmi Tehran isə bu addıma cavab verəcəyini bəyan edib.
Bununla yanaşı, İran ABŞ-la danışıqların ikinci mərhələsində iştirak etməyəcəyini açıqlayıb. Eyni zamanda, Pakistan bazar günündən etibarən Vaşinqton və Tehranla diplomatik təmaslarını intensivləşdirərək danışıqların aprelin 21-dək qədər bərpa olunmasına çalışır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





